Uels yığması AVRO-2020-nin seçmə qrup mərhələsində Azərbaycanla keçiriləcək oyundan sonra yoxlama görüşündə qüvvəsini sınayacaq. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Rayan Giqqz hazırda seçim etməklə məşğuldu.

Britaniyalılar sentyabrda seçmə mərhələdə 1 oyun keçirəcəkləri üçün Giqqz yoxlama görüşü də planlaşdırır. Onun yetirmələri V tur çərçivəsində sentyabrın 6-də yığmamızı qəbul edəcək, 3 gün sonrakı turda isə rəsmi oyun keçirməyəcək. Avropa yığmalarından Bolqarıstan, Ukrayna, Belarus və İrlandiyanın da təqvimi eynilə Uelsdəki kimi olacaq. Bu səbəbdən Giqqz federasiyaya adıçəkilən komandaların rəsmiləri ilə danışıq aparılmasını tapşırıb.

Qeyd edək ki, AVRO-2020-nin E qrupunda Uels və Azərbaycanla yanaşı, Macarıstan, Xorvatiya və Slovakiya da yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest