Futbol üzrə Fransa çempionatında yeni mövsümün ilk turunun "Olimpik" (Marsel) – "Sent-Etyen" matçı təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
 
Buna Marsel klubunda 3 nəfərdə koronavirus aşkarlanması səbəb olub. Qarşılaşmanın 16 və ya 17 sentyabrda keçiriləcəyi vurğulanıb.
 
Qeyd edək ki, "Olimpik" – "Sent-Etyen" görüşünün avqustun 21-də keçirilməsi planlaşdırılırdı. Bu, yeni mövsümün açılış matçı olacaqdı. Lakin bu qərardan sonra mövsümün ilk matçı avqustun 22-də keçiriləcək "Bordo" – "Nant" qarşılaşması olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest