"Topçular" ardıcıl 20-ci oyundu məğlub olmasalar da, futbolçuların zədələnməsi baş məşqçi Unay Emerini məyus edib. İspaniyalı mütəxəssis onların hazırkı durumu barədə məlumat verib.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" İngiltərə Premyer Liqasının XV turunda "Mançester Yunayted"lə görüşdə iki futbolçusunu itirib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, müdafiəçi Rob Holdinq və yarımmüdafiəçi Aaron Remsi 2:2 hesabı ilə nəticələnən oyunda sıradan çıxıb.

"Topçular" ardıcıl 20-ci oyundu məğlub olmasalar da, futbolçuların zədələnməsi baş məşqçi Unay Emerini məyus edib. İspaniyalı mütəxəssis onların hazırkı durumu barədə məlumat verib. O, Remsinin zədəsinin ciddi olmadığını, lakin Holdinqin bir müddət komandadan ayrı qalacağını açıqlayıb: "Bizim üçün üzücü xəbər oldu. Həkimlərin yekun rəyini gözləyəcəyik. Ancaq hesab edirəm ki, Holdinqdə vəziyyət ciddidi. çünki dizindən zədə aldı. Planlaşdırılmamış əvəzləmələrə baxmayaraq, futbolçularımız sona qədər mübarizə apardılar. 90 dəqiqə oyuna nəzarət edə bilmərik. Ancaq ümumi götürdükdə yaxşı oynadıq".

Emeri əvəzində zədəsini sağaldan Loren Keselninin sağaldığını əlavə edib: "Holdinqin zədələnməsi bizim üçün ciddi zərbə oldu. Ancaq əvəzində Loran Keselninin sağalmasına sevindim. ümid edirəm ki, o, bu həftə komandaya qoşulacaq. U-23 komandamızla son iki oyunda iştirak edib. Tezliklə əsas komandadakı yerini də alacaq. Həftəsonuna yetişməyə bilər. Ancaq Avropa Liqasında "Qarabağ"la keçirəcəyimiz son matçda meydana çıxa biləcək".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest