Türkiyənin "Antalyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Türkiyə millisinin yarımmüdafiəçisi Nuri Şahini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Nuri Şahin 2018-ci ildən Almaniyanın "Verder" klubunun uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 16 oyuna çıxıb, 3 qola imza atıb.
 
Türkiyə millisində 50-dən çox oyun keçirmiş futbolçu karyerası ərzində "Borussiya" (Dortmund), "Feyenoord", "Real" (Madrid) və "Liverpul"da da çıxış edib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest