Futbol üzrə İsveçrə milli komandasının sabiq qapıçısı Dieqo Benalyo karyerasını başa vurub.
 
Matc.az xəbər verir ki, bu barədə 36 yaşlı qapıçı yerli mətbuata açıqlamasında deyib.
 
Karyerası ərzində "Ştutqart", "Volfsburq" kimi komandalarda forma geyinmiş Benalyonun son klubu "Monako" olub. O, bir müddət əvvəl Fransa klubu ilə vidalaşmışdı.
 
2006-cı ildə İsveçrə millisində debüt edən Benalyo, yığmada 61 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest