Futbol üzrə Azərbaycan Premyer Liqasının 2020/2021 mövsümünün I turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalara təyinatlar açıqlanıb. 

Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt" – "Keşlə" matçı Elçin Məsiyevə, "Neftçi" – "Səbail" görüşü isə Rauf Cabbarova tapşırılıb. 

21 avqust (cümə)
 
18:30. "Sumqayıt" – "Keşlə"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı
AFFA nümayəndəsi: Elgiz Abbasov
Hakim-inspektor: İmanxan Sultani
Kapital Bank Arena. 
 
20:30. "Neftçi" – "Səbail"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Babək Quliyev
Bakcell Arena. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest