Türkiyənin "Kayserispor" klubu hücumçusu Artyom Kravetslə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Kayseri klubu 2.5 ildir bu komandanın uğurları üçün çalışan ukraynalı futbolçuya xidmətlərinə görə təşəkkür edib.
 
2018-ci ildə Kiyev "Dinamo"sundan "Kayserispor"a transfer olunan Kravets, Türkiyə klubundan öncə Kiyev "Arsenal"ında, "Ştutqart"da və "Qranada"da icarədə də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest