Son mövsümdə Türkiyə çempionu olan "Başakşəhər" müdafiəçisi Martin Şkrtel ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
36 yaşlı slovak oyunçu ilə yeni bir illik müqavilə imzalanıb. 
 
Qeyd edək ki, Şkrtel ötən mövsümdən "Başakşəhər"in uğurları üçün çalışır. O, geridə qalan mövsümdə meydana çıxdığı 20 Super Liqa matçında 3 qola imza atıb.
 
Slovakiya yığmasının sabiq üzvü daha öncə "Fənərbaxça", "Liverpul", "Zenit" kimi klublarda da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest