Azərbaycan Premyer Liqasının I turunda "Neftçi" ilə qarşılaşacaq "Səbail" komandası matça itki ilə çıxacaq. 
 
Klubun mətbuat xidmətindən verilən məlumata görə, Hendrik Ekşteyn "ağ-qaralar"a qarşı forma geyinə bilməyəcək. 
 
29 yaşlı oyunçunun valideynləri avtomobil qəzasına düşüb. Ekşteyn bu səbəbdən klubdan icazə alıb və Cənubi Afrika Respublikasına yollanıb. O, bazar günü Bakıya qayıdacaq. 
 
Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 20:30-da başlayacaq. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest