"Roma" qapıçısı Daniel Fuzatonu Portuqaliyanın "Jil Visente" klubuna icarəyə verib.
 
Matc.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Braziliyalı qolkiper qarşıdakı mövsümün sonuna kimi "Jil Visente"nin uğurları üçün çalışacaq.
 
23 yaşlı qapıçı 2018-ci ildə "Palmeyras"dan "Roma"ya transfer olunub. O, geridə qalan mövsümdə paytaxt klubunda cəmi bir rəsmi oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest