İspaniyanın "Atletik" klubu qapıçısı Unai Simonla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.
 
Simon 2016-cı ildə "Baskoniya"dan "Atletik"ə gəlib. İspan qolkiper 2018-ci ildən Bilbao klubunun əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest