Bu gün futbol üzrə Fransa çempionatında 2020/21 mövsümünə start verilib.
 
Matc.az xəbər verir ki, yeni mövsümün ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
Mövsümün açılış matçında "Bordo" və "Nant" klubları üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.
 
çempionlar Liqasında mübarizəni yarımfinalda dayandıran Lion "Olimpik"i və turnirin finalına yüksələn PSJ-nin ilk tur matçı təxirə salınıb. PSJ – "Mets" və "Monpelye" – "Olimpik" (Lion) oyunları sentyabrda keçiriləcək.
 
"Olimpik" (Marsel) – "Sent-Etyen" görüşü isə ev sahibi komandanın bir neçə üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınıb.
 
Fransa Liqa 1
1-ci tur
21 avqust
 
Bordo – Nant 0:0
 
22 avqust
 
19:00 Dijon – Anje
23:00 Lill – Renn
 
23 avqust
 
15:00 Monako – Reyms
17:00 Loryen – Strasburq
17:00 Nim – Brest
19:00 Nitsa – Lans

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest