"Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın "Şkupi" klubu ölkə çempionatında növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Skopye təmsilçisi 3-cü tur çərçivəsində səfərdə "Belasitsa" ilə qarşılaşıb.
 
Qonaqlar 89 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb. Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Şkupi" liderliyə yüksəlib.
 
Qeyd edək ki, "Neftçi" - "Şkupi" oyunu avqustun 27-də keçiriləcək. 8-ci km stadionunda baş tutacaq matça saat 20:00-da start veriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest