Futbol üzrə Estoniya çemponatında 18-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Levadiya" ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Narva Trans" 10 komandalı çempionatda 18 turdan sonra 19 xalla 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest