İspaniyanın "Valyadolid" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi Mohamed Ayman Muxliss (Moha) ilə Xose Manuel Alonso Dominqesi transfer edib. 
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dominqes "Kadis"dən bir illik icarəyə götürülüb. "Valyadolid" onu mövsümün sonunda transfer etmək hüququna da malikdi.
 
Madrod "Real"ından gələn Moha isə birdəfəlik transfer olunub. 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. O, "kral klubu"nun B komandası olan "Kastilya"da çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest