Türkiyənin "Göztəpə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı hücumçu Braun İdeyeni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq Yunanıstanın "Aris" klubunun uğurları üçün çalışmış futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
ölkəsində "Bayelsa" ilə "Okean Boys" klublarında oynamış 31 yaşlı forvard, İsveçrədə "Ksamaks", Fransada "Soşo", Ukraynada "Dinamo" (Kiyev), İngiltərədə "Vest Bromviç", çində "Tianjin Teda", İspaniyada "Malaqa", Yunanıstanda "Olimpiakos" və "Aris" komandalarının uğurları üçün çalışıb.
 
Klub karyerası ərzində 384 oyuna 152 qol vurmuş İdeye, millidə də 27 oyuna 6 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest