Türkiyənin "Gənclərbirliyi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi isveçli sağ cinah müdafiəçisi Mattias Yohanssonu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Karyerasına İsveçin "Kalmar" klubunda başlayan Yohansson, daha sonra Niderlandın "AZ Alkmaar", Yunanıstanın "Panatinaikos" komandalarının da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest