Futbol üzrə Ukrayna Premyer Liqasında 2020/21 mövsümünə start verilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Mariupol" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 18-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest