İngiltərənin "Şeffild Yunayted" klubu müdafiəçisi Con Eqanla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Eqanın əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi.
 
Qeyd edək ki, İrlandiya yığmasının üzvü 2018-ci ildən "Şeffild Yunayted"in uğurları üçün çalışır. O, geridə qalan mövsümdə Premyer Liqa çərçivəsində 36 oyuna çıxıb, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest