İtaliyanın "Leççe" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bir neçə gün öncə istefaya göndərilən Fabio Liveranini Eugenio Korini əvəz edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Liverani 2017-ci ildən "Leççe"ni çalışdırırdı. Komanda onun rəhbərliyi altında geridə qalan mövsümü 20 komanda arasında 18-ci pillədə başa vurub və A Seriyası ilə vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest