Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun yeni iş yeri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu yeni mövsümü İsveçrənin "Qrasshoppers" klubunda keçirəcək.
 
Bu barədə Sürix klubunun rəsmi saytı məlumat yayıb. Müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan millimizin forvardı bir illik icarəyə götürülüb.
 
Dadaşov geridə qalan mövsümün əvvəlində Portuqaliyanın "Pasuş de Ferreyra" klubuna icarəyə verilsə də, qışda bu komandadan ayrılaraq İngiltərə təmsilçisinin gənclərdən ibarət kollektivində oynamağa qərar vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest