"Tromse"nin hücumçusu İsak Hansen-Aaren İngiltərənin "Mançester Yunayted" klubuna transfer olunub.
 
Matc.az xəbər verir ki, bu barədə Norveç klubunun saytı məlumat yayıb.
 
Norveçlilərin qeyri-adi istedadlı futbolçu adlandırdıqları 16 yaşlı hücumçu hazırda İngiltərədədir və klubun akademiyasında məşqlərə başlayıb.
 
Qeyd edək ki, o, artıq 15 yaşındaykən yetirməsi olduğu "Tromse"nin əsas komandasında debüt edib və 7 rəsmi matçda oynayıb. O, bu oyunların birində qol ötürməsi verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest