"Qəbələ" klubu Braziliyanın B Seriyasında çıxış edən "Parana" komandasının futbolçusu Rafael Alemaonun keçidini həll etmək üzrədir. 

Bu barədə əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib. Klub rəsmisi 24 yaşlı hücumçu ilə danışıqların müsbət yekunlaşacağını bildirib: "Alemao öz klubu ilə məsələsini necə həll edir, onu bilmirəm. Hansısa problem çıxmasa, transferi gerçəkləşəcək. ümid edirik ki, Premyer Liqanın II turuna qədər o, Azərbaycana gələcək".

Qeyd edək ki, Rafael Alemao "Parana"nin yetirməsidir və karyerası ərzində yalnız bu klubun formasını geyinib. "Qəbələ" daha əvvəl "Vitoriya"nın hücumçusu Eronildo dos Santos Roşanı icarə əsasında heyətinə qatmaq istəsə də, qarşı tərəf təklifi rədd edib.

"Qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının I turunda evdə "Zirə" ilə heç-heçə edib - 1:1. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest