"Qalatasaray"ın "Eyüpspor"la keçirməli olduğu yoldaşlıq görüşü təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Qalatasaray"ın rəsmi saytı məlumat yayıb.
 
Rəqib komandanın oyunçularından birində koronavirus aşkarlanıb. Bu üzdən də bu gün saat 12:00-a təyin edilən matç baş tutmayıb.
 
Bunun əvəzində Fatih Terimin komandasının klubun U-19 kollektivi ilə üz-üzə gələcəyi bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest