İngiltərənin "Arsenal" klubu ötən mövsüm icarə əsasında heyətinə qatdığı Pablo Mari və Sedrik Soaresin transfer hüquqlarını da alıb.
 
Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
İspan stopper Mari və portuqal sağ cinah müdafiəçisi Soareslə uzunmüddətli müqavilə imzalandığı diqqətə çatdırılsa da, dəqiq müddət və digər detallar açıqlanmayıb. İngiltərə mətbuatı isə "Arsenal"ın Mariyə görə "Flamenqo"ya 8 milyon avro ödədiyini yazıb. Soaresə görə isə "Sauthempton"a təzminat ödənilməyib.
 
Qeyd edək ki, Mari ötən mövsüm "Arsenal"da 3, Soares isə 5 rəsmi oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest