"1/8 final mərhələsi 1 oyundan ibarətdi. Bu gün I Divizion klubu "Şüvəlan" ilə üz-üzə gəldik". Matç.az saytı xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

O, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Şüvəlan"la görüşündəki 3:0 hesablı qələbəyə şərh verib: "Buna baxmayaraq, 1-ci hissədə çətinlik çəkirdik, qol vura bilmirdik. 2-ci hissədə isə qollar vurmağı bacardıq və mərhələ adladıq. Aqil Nəbiyev "Şüvəlan"da yaxşı kollektiv qura bilib, bu səbəbdən onu təbrik edirəm. Biz isə yolumuza davam edirik. Qarşıda bizi çətin çempionat oyunu gözləyir. Kubokda mərhələ adlamaq bizim üçün əlavə stimuldu". 

"Şüvəlan"ın baş məşqçisi Aqil Nəbiyev də oyun barədə fikirlərini açıqlayıb: "İki fərqli hissə oldu. İlk hissədə xarakter nümayiş etdirdik. İkinci hissənin əvvəlində isə uğursuz bir epizod oldu və hesabda geri düşdük. Bundan sonrakı hadisələrdə əleyhimizə işlədi. Açığı, bizim komandanın əsasını gənc futbolçular təşkil edir. Geniş heyətimiz yoxdur, qarşıda çempionat oyunu gəlir. Bütün bunları nəzərə alsaq, ilk hissədəki əzmkarlıq məni razı saldı. Bu gün həqiqətən də Premyer Liqa ilə I Divizion arasında fərq var".

(pfl.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest