"Qarabağ"ın çempionlar Liqasının II təsnifat mərhələsində "Şerif"lə (Moldova) keçirəcəyi oyunun hakimlər briqadası dəyişdirilib. Matc.az xəbər verir ki, UEFA görüşü Ukraynadan olan hakimlər briqadasına tapşırıb.

Qarşılaşmaya daha öncə qazaxıstanlı referilər təyin edilsə də, qərarda dəyişiklik edib. Matçı Mikola Balakin idarə edəcək. Ona həmyerliləri Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" oyunu saat 20:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest