Türkiyə çempionu "Başakşəhər" fransız futbolçusu Qael Klişi ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
 
35 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin yenilənmədiyi bildirilib.
 
Qeyd edək ki, Klişi 2017-ci ildən İstanbul təmsilçisində çıxış edirdi. O, ötən mövsüm 45 matçda 2 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.
 
Klişi "Başakşəhər"dən öncə 6 mövsüm "Mançester Siti"də, 8 mövsüm isə "Arsenal"da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest