Futbol üzrə Türkiyə Super Liqasında 2020/21 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.
 
Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə oktyabr ayından tribunaların 30 faizinin doldurulması şərtilə azarkeşlərin stadionlara buraxılacağı bildirilib. Oturacaqlardan istifadə sərbəst olacaq.
 
Stadionun girişində hərarəti ölçüləcək fanatlar sosial məsafə qaydalarına əməl etməli və maska taxmalıdırlar. Bu və digər detallar daha ətraflı şəkildə daha sonra açıqlanacaq.
 
Qeyd edək ki, startı sentyabrın 12-nə nəzərdə tutulan Super Liqanın püşkü avqustun 27-də atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest