"Bu gün Bakıya gələcəyik və orada əlimizdən gələni etməyə çalışacağıq. Əsas heyətdə kimin oynayacağı vacib deyil. Əsas odur ki, meydanda maksimumunu verməyə hazır oyunçular olacaq"

"çox güclü bir rəqib bizi gözləyir. Hamımız bilirik ki, "Neftçi" necə komandadır. 3-4 gündə rəqibin güclü və zəif tərəflərini təhlil etmişik. Bütün diqqətimizi bu görüşə vermişik".

Matc.az xəəbr verir ki, bu sözləri "Neftçi"nin Avropa Liqasının I təsnifat məthləsindəki rəqibi "Şkupi" komandasının qapıçısı Kritstian Naumovski oyunu haqda klubun rəsmi saytına fikirlərini bildirərkən deyib. Şimali Makediya təəmsilçisinin futbolçu görüş barədə iddialı danışıb:

"Bu gün Bakıya gələcəyik və orada əlimizdən gələni etməyə çalışacağıq. Əsas heyətdə kimin oynayacağı vacib deyil. Əsas odur ki, meydanda maksimumunu verməyə hazır oyunçular olacaq. Biz "Şkupi"yik. Bizim üçün rəqibin "Neftçi", "Pelister" və ya "Vardar" olması fərq etmir. Azərbaycana qələb qazanmaq istəyirik. Orada ağ bayaraq qaldırmaq niyyətində deyilik. Meydanda ölmək üçün gedirik. Tanrı nə verəcəksə, o da olacaq".

Qeyd edək ki, "Neftçi" – "Şkupi" matçı avqustun 27-si saat 20:00-da "Bakcell Arena"da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest