"Real"ın yarımmüdafiəçisi Xames Rodriges karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, "Everton" klubu futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, kolumbiyalı oyunçu Karlo Ancelotti ilə birgə çalışmaq istəyir. Xames daha öncə Madrid klubunda da italiyalı mütəxəssisin komandasında yer alıb.

Bununla yanaşı, 29 yaşlı futbolçunun davamlı oynaya biləcəyi bir komandaya getmək istməsi sirr deyil. Yarımmüdafiəçi ilə daha öncə "Mançester Yunayted" və PSJ-nin maraqlandığı bildirilirdi.

Qeyd edək ki, Rodriges 2014-cü ildən "karal klubu"nda çıxış edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest