Futbol üzrə Ukrayna Super Kuboku uğrunda oyun keçirilib. Matc.az xəbər verir ki, həlledici oyunda Premyer Liqanın qalibi olmuş Donetsk "Şaxtyor"u ilə ölkə kubokunu qazanmış Kiyev "Dinamo"su üz-üzə gəlib.
 
Dörd qolun qeydə alındığı matç paytaxt təmsilçisinin qələbəsiylə başa çatıb. Bununla da Mirça Luçesku "Dinamo"nun baş məşqçisi kimi ilk titulunu qazanıb. Uzun illər "Şaxtyor"u çalışdırmış rumın mütəxəssis bir müddət əvvəl Kiyev klubuna baş məşqçi təyin olunsa da, bu komandanın azarkeşləri onu xoş qarşılamamışdılar.
 
Qeyd edək ki, "Dinamo" ardıcıl 3-cü, ümumilikdə 9-cu dəfə Ukrayna Super Kubokunun sahibi olub. Bu isə bu turnirdə rekord göstəricidir.
 
Ukrayna Super Kuboku
25 avqust
 
Şaxtyor (Donetsk) – Dinamo (Kiyev) 1:3
Qollar: Junior Moraes, 37 – Karlos De Pena, 20. Jerson Rodriges, 31. Fran Sol, 83

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest