Türkiyə çempionu "Başakşəhər" ötən mövsüm Misirin "Piramids" klubundan icarəyə götürdüyü Okeçukvu Azubuikenin transfer hüquqlarını alıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı nigeriyalı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.
 
Daha öncə Türkiyədə "Yeni Malatyaspor" və "Rizəspor"da da forma geyinmiş Azubuike, ötən mövsüm "Başakşəhər"də 31 rəsmi oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest