İtaliyanın "Torino" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Sampdoriya"nın yarımmüdafiəçisi Karol Linettini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı polşalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Polşanın "Lex" klubunun yetirməsi olan Linetti, 2016-cı ildən "Sampdoriya"nın uğurları üçün çalışırdı. O, 2014-cü ildən Polşa millisinin də şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest