Futbol üzrə Türkiyə Super Liqasında 2020/21 mövsümünün püşkü atılıb.
 
Matc.az xəbər verir ki, yeni mövsümə sentyabrın 11-də start veriləcək.
 
Yeni mövsümdə Super Liqada 21 komanda yarışacaq. Hər komanda mövsüm ərzində 40 oyun keçirəcək. Dövrələrarası fasilə olmayacaq.
 
İlk turun oyunları 11-14 sentyabr aralığında keçiriləcək. İlk dövrəyə yanvarın 24-də yekun vurulacaq. Yanvarın 29-da start götürəcək ikinci dövrə isə mayın 16-da 42-ci turun oyunları ilə yekunlaşacaq.
 
İlk turda "Konyaspor" istirahət edəcək. Açılış turunun mərkəzi oyunu "Trabzonspor"la "Beşiktaş" arasında baş tutacaq.
 
Türkiyə Super Liqası
1-ci tur
11-14 sentyabr
 
Ankaragücü - Ərzurumspor
Sivasspor - Alanyaspor
Kayserispor - Kasımpaşa
Rizəspor – Fənərbaxça
Hatayspor - Başakşəhər
Qalatasaray - Qaziantep
Fatih Karagümrük - Yeni Malatyaspor
Göztəpə - Dənizlispor
Trabzonspor - Beşiktaş
Antalyaspor - Gənclərbirliyi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest