"çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, London təmsilçisi "Lester Siti"nin müdafiəçisi Ben çiluelli transfer edib.
 
Bu barədə "zadəganlar"ın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Britaniya mətbuatı bu transfer üçün London təmsilçisinin 50 milyon funt-sterlinq ödədiyini yazıb.
 
Qeyd edək ki, "Lester Siti"nin yetirməsi olan çiluell 2015-ci ildə əsas komandaya yüksəlib, 2016-cı ildən isə Premyer Liqa oyunlarında iştirak etməyə başlayıb. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 27 oyunda 3 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. İngiltərə yığmasının da formasını geyinən futbolçu "Lester Siti"də 120-dən çox rəsmi oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest