"Səbail" millimizin Millətlər Liqasında oyunları əlaqədər yaranan fasilədən yoxlama görüşü keçirəcək.

Matc.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, "dənizçilər" avqustun 30-da "Qəbələ" ilə qarşılaşacaq. Bakı Olimpiya stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Səbail" ölkə çempionatının ilk turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə uduzub. "Qəbələ" isə evdə "Zirə" ilə heç-heçə edib - 1:1.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest