"Kolambus Kryu"nun qapıçısı Zak Steffen karyerasını "Mançester Siti"də davam etdirəcək. Matç.az saytının Goal.com-a istinadən məlumatına görə, 23 yaşlı qolkiper "şəhərlilər"in formasnı geyinəcək.

ABŞ millisinin üzvü yeni komandasında artıq tibbi müayinədən keçib və rəsmi müqaviləyə qol çəkib. Bu transfer ingilislərə 7,5 milyon dollara başa gəlib. Ancaq Steffen bir müddət Premyer Liqa klubunda çıxış edə bilməyəcək. İşçi vizası ala bilmədiyi üçün mançesterlilər onu başqa kluba icarəyə verməli olacaqlar.

Qeyd edək ki, Zak Steffen buildən ABŞ millisinə dəvət edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest