"Zirə" klubu heyətini daha bir futbolçu ilə gücləndirir. Matc.az xarici mətbuata istiandən xəbər verir ki, "qartallar" qapıçı Mateus Albinonu transfer etməyə yaxındır.

"Zirə" klubu heyətini daha bir futbolçu ilə gücləndirir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "qartallar" qapıçı Mateus Albinonu transfer etməyə yaxındır.

Məlumata görə, ötən il Braziliyanın B seriyası "Londrina" klubunda çıxış edən 25 yaşlı qapıçı "Zirə" ilə razılığa gəlib. Oyunçunun tibbi baxışdan keçdikdən sonra Bakı klubu ilə müqavilə bağlayacağı bildirilir.

Mateus özü də transfer olunacağını təsdiqləyib. O, xaricdən gələn təklifi geri çevirə bilmədəyini vurğulayıb.

Qeyd edək ki, 2018-ci ildən "Londrina"nın formasını geyinən Mateus Albino bu müddət ərzində meydana çıxdığı 40 oyunun 11-də qapısını toxunulmaz saxlamağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest