"Tərlan Əhmdovla yaxşı nəticələr qazanmışdıq. Onun rəhbərliyi ilə avrokuboklara çıxdıq. Ancaq bu oyunun nəticəsini məşqçi dəyişikliyinə bağlamıram"

"Qələbə üçün istək çatmadı. Bunu açıq demək lazımdır. Təbii ki, əlimizə düşən şanslardan istifadə edə bilməməyimiz nəticəyə təsir etdi. Oyunun 70-75-ci dəqiqələrində kifayət qədər imkanlarımız oldu. Kaş belə olmazdı, qalib gələrdik. Ancaq nə edəsən ki, alınmadı".

Bu sözləri matc.az saytına "Keşlə"nin hücumçusu Vüsal İsgəndərli Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın "Laçi" komandasına penaltilər seriyasında məğlub olduqları oyunu (0:0 – 4:5) şərh edərkən deyib. 24 yaşlı oyunçu daha sonra belə davam edib: "Rəqib  bizdən güclü deyildi. İnanın səmimiyyətimə, əgər onlar bizdən yaxşı komanda olsalardı bunu açıq deyərdim. Biz "Laçi"ni meydanın hər yerində üstəliyirdik".

Milli komandamızın üzvü "Keşlə"dəki baş məşqçisi dəyişikliyinin nəticəyə təsir etmədiyini düşünür: "Düzdür, hər bir xırda detal hazırlaşmağımıza mane olur. Ancaq baş məşqçi dəyişikliyinin çıxışımıza çox təsir etdiyini deməzdim. Yunis Hüseynov da eyni bizə inanırdı, istəkli idi. Tərlan Əhmdovla da yaxşı nəticələr qazanmışdıq. Onun rəhbərliyi ilə avrokuboklara çıxdıq. Ancaq bu oyunun nəticəsini məşqçi dəyişikliyinə bağlamıram. Əgər mən meydanda qol vura bilmirəmsə, burada məşqçiyə nə demək olar? O, mənim yerimə qol vurası deyil.

Əlbəttə, uduzmağı heç kim istəmir. Ancaq bu məğlubiyyət komandaya daha pis təsir edəcək. çünki avrokuboklara vəsiqə üçün bir il əziyyət çəkmişik. Bəhrəsi bu olmamalı idi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest