Avropa Liqasında növbəti püşkatmanın başlama vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, avqustun 31-də II, sentyabrın 1-də III təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrədə keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. İlk gün mərasimdə Azərbaycanın Avropa Liqasındakı tək təmsilçisi "Neftçi"nin real, ertəsi gün isə potensial rəqibi bilinəcək.

Qeyd edək ki, "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya klubu "Şkupi"yə (2:1) qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest