Kipr yığmasının UEFA Millətlər Liqasında Monteneqro və Azərbaycanla keçiriləcək oyunlar üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçu daxil edilib.
 
Qapıçılar: Tasos Kissas, Neofitos Mixael, Xaralambos Kiriakides
 
Müdafiəçilər: Konstantinos Laifis, Nikolas Yannu, Valentinos Sielis, Xaris Kiriaku, Kipros Kristoforu, Minas Antoniu, Andreas Karo, Xristos Uiler
 
Yarımmüdafiəçilər: Giorqos Efrem, Xaralambos Kiriaku, Qriqoris Kastanos, Yannis Kusulos, Aleksander Qogiç, Matiya Spolyariç, Yanis Satsias
 
Hücumçular: Dimitris Xristofi, Pieros Sotiryu, Yannıs Pittas, Marios Elia, Marinos Tzionis, Loizos Loizu
 
Qeyd edək ki, Kipr yığması sentyabrın 5-də Monteneqro, 8-də isə Azərbaycan millisini qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest