Kipr Futbol Federasiyasının prezidenti Giorgos Kumas UEFA Millətlər Liqasının ilk iki turunda qarşılaşacaqları Monteneqro və Azərbaycan yığmaları ilə oyunlar barədə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, o, bu gün təşkil olunan mətbuat konfransında matçların azarkeşsiz olmasından təəssüfləndiyini bildirib: 
 
"Milli komanda təqribən 10 aylıq fasilədən sonra ilk rəsmi oyununu keçirəcək. Futbolçular yaxşı nəticələr qazanmaq üçün Millətlər Liqasına nikbin və inamla başlayacaqlar. Mübarizəyə Monteneqro və Azərbaycana qarşı keçirəcəyimiz 2 ev oyunu ilə start verəcəyik. Təəssüf ki, bu iki görüşdə azarkeşlərimiz stadiona gələ və komandanı dəstəkləyə bilməyəcəklər. çünki UEFA-nın protokoluna əsasən oyunlar bağlı qapılar arxasında olacaq. Əminik ki, fanatların düşüncələri və istəkləri qarşıda duran bu yeni çağırışda millimizi müşayiət edəcək".
 
Kumas millinin yeni baş məşqçisi Yohan Valemin heyətlə bağlı seçiminə inandığını deyib: "ümumi məqsədimiz milli komandanın gələcəyini qurmaqdır. Yığmanın ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsini və bizi qürurlandırmasını istəyirik".
 
Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Monteneqro ilə görüş də sentyabrın 5-də eyni arenada baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest