Futbol üzrə İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Qaret Barri karyerasını başa vurub.
 
Matc.az xəbər verir ki, bu barədə onun son klubu olan "Vest Bromviç"in mətbuat xidməti məlumat yayıb.
 
Barri 39 yaşında oyunçu karyerasını bitirib. Peşəkar karyerasına "Aston Villa"da başlayan Qaret, 1998-2009-cu illər aralığında məhz bu komandanın uğurları üçün çalışıb. O, 2009-cu ildə transfer olunduğu "Mançester Siti" ilə İngiltərə çempionu adını qazanıb, ölkə kubokunun qalibi olub. 2013/14 mövsümündə "Everton"da icarədə oynayan Barri, 2014-cü ilin yayında MS-dən ayrılaraq birdəfəlik Liverpul təmsilçisinə transfer olunub. 2017-ci ildən isə o, "Vest Bromviç"də çıxış edirdi. Barri İngiltərə Premyer Liqasında ən çox oyun keçirən futbolçudur – 653 oyun. Yarımmüdafiəçi İngiltərə yığmasında da 53 matça çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest