Türkiyənin "Hatayspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi yunan sol cinah müdafiəçisi Alexandros Katranisi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu Fransanın "Sent-Etyen" klubundan 1 illik icarəyə götürülüb.
 
"Atromitos"un yetirməsi olan Katranis, 2017-ci ildən "Sent-Etyen"dədir. Amma Fransa klubu müdafiəçini 2018/19 mövsümündə "Muskron"a, geridə qalan mövsümdə isə "Atromitos"a icarəyə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest