İspaniyanın "Hueska" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 2-də çempion olaraq yeni mövsümdən elitada oynamaq hüququ qazanan bu klub "Vilyarreal"ın qapıçısı Andres Fernandesi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanıb.
 
Andres Fernandes karyerası ərzində "Osasuna", "Portu" və "Qranada"da da forma geyinib. O, 2010/11 mövsümündə də "Hueska"nın uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest