"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Altınordu"nun yarımmüdafiəçisi Atakan üneri transfer edib.
 
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Türkiyə mətbuatı isə tərəflərin 3 illik anlaşdığını yazır. "Beşiktaş"ın bu transferə görə "Altınordu" klubuna 150 min avro təzminat ödəyəcəyi də bildirilir.
 
"Dənizlispor"un yetirməsi olan Atakan, 2018-ci ildən "Altınordu"da çıxış edirdi. O, bu komandanın heyətində geridə qalan mövsümdə 32 oyuna çıxıb, 4 qola imza atıb, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
 
"Beşiktaş" daha öncə Fabrise Nskala, Velinton və Bernard Mensahı da transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest