Futbol üzrə Fransa çempionatında 2-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
Açılış turunda oynamayan Lion "Olimpik"i yeni mövsümdəki ilk matçında doğma meydanda "Dijon"u qəbul edib. Beş qolun qeydə alındığı matç lionluların qələbəsiylə başa çatıb.
 
Bu tur keçirilməli olan "Lans" – PSJ matçı təxirə salınıb. Qarşılaşma sentyabrın 10-da oynanılacaq.
 
Fransa Liqa 1
2-ci tur
28 avqust
 
Olimpik (Lion) – Dijon 4:1
Qol: Depay, 39-pen; 45+1; 65-pen. Lautoa, 45-öz qapısına – Şeydler, 14.
 
29 avqust
 
19:00 Renn – Monpelye
23:00 Strasburq – Nitsa
 
30 avqust
 
15:00 Reyms – Lill
17:00 Anje – Bordo
17:00 Mets – Monako
17:00 Nant – Nim
17:00 Sent-Etyen – Loryan
23:00 Brest – Olimpik (Marsel)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest