"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını bitirib.  Matc xəbər verir ki, 31 yaşlı oyunçu çox fikirləşdikdən sonra bu qərara gəldiyini bildirib.

"55 dəfə milli komandanın formasını geyindiyim üçün qürur duyuram. Səmimiyyətlə deyə bilərəm ki, karyeramın ən yaxşı matçlarını Haiti millisi üçün oynadım. ölkəni təmsil etmək böyük imtiyazdır. Yığmanın hər matçında hər şeyi verdim. Geriyə baxanda ömür boyu davam edəcək xatirələrim var. Azarkeşlərə də məni dəstəklədikləri üçün təşəkkür edirəm. Hər dəfə meydana çıxanda hamınızı qürurlandırmağa çalışdım".

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. ötən yay "Neftçi"yə keçən futbolçu 2020/2021 mövsümünün əvvəlində Ağdam təmsilçisinə qayıdıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest