"Barselona"nın kapitanı Lionel Messi klubdan ayrılmaq istəyir. Matc.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik oyuçunun qiymətini 700 milyon avro təyin edib.

Məlumata görə, Kataloniya klubunun prezidenti Xosep Bartomeu Messinin komandadan ayrılmasını istəmir. O, argentinalının komandadan getməsini öz rəhbərliyinin də sonu kimi qiymətləndirir. Bu səbəbdən də Bartomeu Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Ancaq 33 yaşlı futbolçu klubdan ayrılmağa qərar verib. "Barselona" rəhbəri isə Leonun azad agent kimi getməsinə icazə verməcək.

Xatırladaq ki, Messinin Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilə qədər hesablanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest